CƏMİYYƏT


Bakıda özünü nazirliyin əməkdaşı kimi təqdim edən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Nizami rayonunda ayrı-ayrı vətəndaşların evlərinə gedərək özünü guya Səhiyyə Nazirliyinin əməkdaşı kimi təqdim etməklə həmin şəxslərin yaşadıqları ünvanda dezinfeksiya işləri aparılacağını deyən və bu məqsədlə onlardan pul tələb edən şəxs saxlanılıb.
Rayon sakinlərindən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat zamanı bu yolla insanlardan pul toplayan Cəlilabad rayon sakini Vasif Urşanov tutulub. O ifadəsində qeyd edib ki, Nizami rayonunda təxminən 30-dan artıq mənzilə gedərək dezinfeksiya işləri adı altında sakinlərdən pul tələb edib. O, pul vermək istəməyən şəxslərə əks təqdirdə Səhiyyə Nazirliyi tərəfindən 28 manat cərimə olunacaqlarını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır