CƏMİYYƏT


Yardımlıda 16 kiloqramdan çox narkotik vasitənin realizə olunmasının qarşısı alınıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Gavran kənd sakinləri Cəbrayıl Yusibov və Zamin İbrahimov Yardımlı-Deman-Arvana yolunun 11-ci kilometrində sonuncunun idarə etdiyi "VAZ 2106" markalı avtomobildə saxlanılaraq şöbəyə gətiriliblər.
Avtomobilin salonuna baxış zamanı ümumi çəkisi 16 kiloqramdan çox olmaqla 7 kiloqramdan artıq heroin, 6 kiloqram 720 qram qurudulmuş marixuana, 1 kiloqram 885 qram tiryək, 614 qram psixotrop maddə olan metamfetamin, həmçinin 1 ədəd “Baretta A6” markalı tapança, həmin silaha aid 2 sandıqça və 20 ədəd patron aşkar olunaraq götürülüb.

Embed code:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır