CƏMİYYƏT


Tovuzda ölümlə nəticələnən qəza baş verib

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. Azər Yusibovun idarə etdiyi “VAZ 21099” markalı avtomobil yolun kənarına aşıb.
Nəticədə sürücü Azər Yusifov və 2 sərnişin - Xatınlı kənd sakinləri Toğrul Quliyev və İdris Əliyev xəsarət alaraq, Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Həkimlərin səyinə baxmayaraq, Toğrul Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır