CƏMİYYƏT


“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 9 may qeyri-iş günüdür

9 may - Qələbə Günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.
Bu barədə AZƏRTAC-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Mayın 10-dan etibarən isə vətəndaşlar "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla mərkəzlərə müraciət edə və müvafiq xidmətlərdən yararlana bilərlər.
“ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.