CƏMİYYƏT


Xaçmazda keçmiş məhkumun avtomobilindən tapança və heroin götürüldü

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən gecə saatlarında keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş 27 yaşlı Mətləb İbrahimov idarə etdiyi nəqliyyat vasitəsi ilə birlikdə rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə və idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsinə baxış keçirilən zaman həmin avtomobildə bıçaqlı beşbarmaq, dəmir tapança, beyzbol taxtası və heroin aşkarlanaraq götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır