CƏMİYYƏT


Qubada çayı keçmək istəyən “Niva” və “UAZ” markalı maşınları sel aparıb

Qubada çayı keçmək istəyən iki avtomobili sel aparıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vəlvələçayı keçmək istəyən “Niva” və “UAZ” markalı avtomobillər suyun altında qalıb. Ucqar dağ kəndlərindən olan Yerfidə qeydə alınan hadisə zamanı avtomobillərdə olanlar xəsarət almayıb. Nəqliyyat vasitələri suyun altından çıxarılsa da, yararsız vəziyyətə düşüb.