CƏMİYYƏT


Qərb bölgəsində yağan aramsız yağışlar bəzi fəsadlar yaradıb

Ağstafa rayonu ərazisindən axan Həsənsu çayında suyun səviyyəsinin artması, o cümlədən çaya gələn sel ətraf ərazilərdə bir sıra fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, qərb bölgəsində yağıntısız keçən aylardan sonra mayın ilk günlərindən aramsız yağışlar başlayıb. Daşqın zamanı Göycəli kəndində Həsənsu çayının üzərindəki körpüyə ciddi ziyan dəyib. Bundan əlavə ağaclar, elektrik dirəkləri çayətrafı yollar da sel sularının təsirinə məruz qalıb. Yaşayış evlərinə və əkin sahələrinə isə ciddi ziyan dəyməyib.