CƏMİYYƏT


Polis Şirvanda profilaktiki tədbirləri davam etdirir

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara sanitar rejimin tələblərini izah edib, onlardan sosial məsafənin qorunması, tibbi maskadan istifadə etmələri tələb olunub. Həmçinin, asayiş keşikçiləri tərəfindən vətəndaşlara tibbi maska paylanılıb.