CƏMİYYƏT


Qayıqlardan 40 min manatlıq mühərrik oğurlayan şəxs saxlanıldı

Paytaxtın Pirallahı rayon sakinlərindən daxil olan çoxsaylı müraciətlər əsasında Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbiri həyata keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, idarəyə rayonda qanunla nəzərdə tutulan qaydalar çərçivəsində balıqçılıqla məşğul olan vətəndaşlardan onlara məxsus qayıqların üzərində olan asma mühərriklərin naməlum şəraitdə oğurlandığı barədə müraciətlər edilib. Zərərçəkən şəxslər izahatlarında ümumi dəyəri 40 min manata yaxın olan altı müxtəlif markalı mühərrikin oğurlandığını bildiriblər.