CƏMİYYƏT


Kürdəmirdə ilanlar evlərə və həyətlərə dolub

Kürdəmir rayonunun Mürtülü kəndində ilanlar axınla bir neçə evə girib və bu hadisə sakinləri qorxuya salıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd camaatı bu qorxunu artıq neçə illərdir yaşadıqlarını söyləyirlər. İlanların evlərə, necə deyərlər, “hücumu” yaz aylarında, istilər düşəndə olur. Belə ki, kütləvi şəkildə müxtəlif növ ilan sürü ilə evlərə ya zirzəmidən, ya da tavandan doluşur. İlanların hücumuna əsasən iki ev - Mehman Cəfərova və Rövşən Rəsulova məxsus fərdi mənzillər məruz qalır.