CƏMİYYƏT


Mayın 18-dən "ASAN xidmət"də vətəndaşların qəbulu necə aparılır - AÇIQLAMA

18 may tarixindən "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu yenə də əvvəlcədən onlayn növbə tutmaqla həyata keçiriləcək. Bu barədə Dövlət Agentliyinin mətbuat xidməti Elnur Niftəliyev məlumat verib. Elnur Niftəliyev deyib ki, növbə tutmaq üçün "ASAN xidmət” mobil təbiqi IOS və "Android" əməliyyat sistemlərinə yüklənilir. Eyni zamanda, www.asan.gov.az saytındakı "Onlayn növbə” funksional bölməsi vasitəsilə və 108 Çağrı Mərkəzinə zəng etməklə növbə götürülə bilər.