CƏMİYYƏT


“ASAN xidmət” və "ASAN Kommunal" 7 gün işləməyəcək

Ramazan bayramı və 28 May – Respublika Günü ilə əlaqədar mayın 24-dən 30-dək “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mayın 31-dən etibarən isə vətəndaşlar “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla mərkəzlərə müraciət edə və müvafiq xidmətlərdən yararlana bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır