CƏMİYYƏT


Gömrük idarələri gündəlik iş rejimində fəaliyyət göstərəcək

Xarici ticarət iştirakçılarının nəzərinə çatdırırıq ki, gömrük rəsmiləşdirilməsinin fasiləsiz şəkildə həyata keçirilməsi, ticarət-təchizat zəncirinin davamlılığının təmin olunması, sahibkarlara daha əlverişli şəraitin yaradılması məqsədilə gömrük orqanları qarşıdakı qeyri-iş günlərində də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Belə ki, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən qarşıdan gələn qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların rəsmiləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri mayın 25-dən etibarən gündəlik iş rejimində fəaliyyətini davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır