CƏMİYYƏT


Ağsuda yetişdirilən badam yerli bazarla yanaşı, Körfəz ölkələri və Avropa bazarlarına da çıxarılacaq REPORTAJ

Ağsuda son illər badam bağlarının sahəsi xeyli genişləndirilib. Son bir ildə 60,5 hektarda sahədə yeni bağ salınıb.
AZƏRTAC xəbər verir ki, badam bağları rayonun bağçılıq təsərrüfatında yeni sahə olsa da, nəticələr ürəkaçandır. Sahibkar İlham Həsənov deyir ki, son üç ildə Ağsu rayonunda 90 hektar badam bağı salıb. Bunun da 44 hektarı iki, 46 hektarı isə bir yaşını tamamlamış bağlardır.