CƏMİYYƏT


Tovuzda avtomobil yanıb

AZƏRTAC xəbər verir ki, hadisə rayonun Cırdaxan kəndində yerləşən əkin sahəsində qeydə alınıb. Belə ki, rayon sakini Araz Həsənova məxsus “UAZ” markalı avtomobilin mühərrikində anidən yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Avtomobildə baş verən yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilin mühərrikxanası tamamilə yanaraq sıradan çıxıb.