CƏMİYYƏT


Su kanalında batan oğlanın axtarışları davam edir

Göyçay rayonunun Aşağı Qaraməryəm kənd sakini, 2004-cü il təvəllüdlü Cəbiyev İsmayıl Mehrah oğlu Yuxarı Şirvan kanalında çimərkən ehtiyatsızlıq edib və qəflətən suda boğulub. AZƏRTAC xəbər verir ki, hadisə yerinə hüquq muhafizə orqanlarının və FHN-nin Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunub. Hazırda kanalda gənc oğlanın cəsədinin tapılması üçün axtarışlar davam edir.