CƏMİYYƏT


Göyçayda kanalda batan uşağın cəsədi tapılıb

Göyçay rayonunda suda boğulan 10-cu sinif şagirdinin cəsədi tapılıb.
AZƏRTAC xəbər verir ki, rayonun Aşağı Qaraməryəm kənd sakini, 2004-ci il təvəllüdlü Cəbiyev İsmayıl Mehrah oğlu mayın 31-də Yuxarı Şirvan kanalının Göyçayın Aşağı Qaraməryəm kənd ərazisindən keçən hissəsində suda boğulub. İlkin ehtimallara görə, gənc oğlan kanalda çimərkən ehtiyatsızlıqdan suda batıb. Hadisə yerinə hüquq muhafizə orqanlarının və FHN-nin Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.