CƏMİYYƏT


Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəranda küçəyə çıxmaq yenidən məhdudlaşdırılacaq

Təklifimiz Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəran şəhərləri üzrədir. Qarşıdakı 1-2 ay ərzində bütün həftə sonları və ola bilsin ki, bayram günlərində 2-3 günlük küçəyə çıxmaq qadağası ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
"Bu təklifimiz Operativ Qərargah tərəfindən qəbul edilib. Küçəyə çıxmanın tam məhdudlaşdırılması ilə bağlı təklifimiz beynəlxlq təcrübəyə əsaslanıb".