CƏMİYYƏT


Jurnalistlər həftə sonları necə işləyəcək AÇIQLAMA

Xəbər saytlarının işçilərinin evdə çalışması tövsiyə edilir.
AZƏRTAC xəbər verir, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, həftə sonunda televiziya qurumları məhdud sayda işçi dəvət etsinlər. Verilişlərə dəvət ediləcək şəxslərdən müsahibələr isə onlayn qaydada alınsın.