CƏMİYYƏT


TƏBİB: Dünyasını dəyişən insanların koronavirusdan ölməsi barədə arayışların verilməsi ilə bağlı şayiələr var

"Sosial şəbəkələrdə yayılan şayiələr vətəndaşların inamsızlığına şərait yaradır".
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, təcili yardım həkiminin koronavirusdan vəfat etməsi ilə bağlı məsələ araşdırılıb və yayılan informasiyalar tamamilə yalandır: "Onu da nəzərə almaq lazımdır ki, COVİD-19-un diaqnozunun qoyulması o qədər də asan məsələ deyil”.