CƏMİYYƏT


Saatlıda bu günə kimi arpa sahələrinin üçdəbiri biçilib

AZƏRTAC xəbər verir ki, respublika ərazisində taxıl biçini davam edir.
Biçin aparılan rayonlardan biri də Saatlıdır. Burada da göstəricilər yüksəkdir. Rayonda 22986 hektar taxıl sahəsi var. Zəmilərin 17731,5 hektarını buğda, 5254,5 hektarını isə arpa sahələri təşkil edir. Saatlıda bu günə kimi arpa sahələrinin üçdəbiri biçilib, orta məhsuldarlıq 37,6 sentner olub.