CƏMİYYƏT


Polis sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar vətəndaşlara müraciət edir

AZƏRTAC xəbər verir ki, karantinin ikinci günündə də BŞBPİ-nin əməkdaşları xüsusi səsgücləndiricilər vasitəsilə vətənaşllara Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə əməl etmələri barədə çağırış edirlər.
İdarənin müracətində deyilir:
"Əziz vətəndaşlar, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar şənbə və bazar günlərində yaşayış yerini tərk etmək qadağan olunub. Ailənizin, yaxınlarınızın təhlükəsizliyini qorumaq üçün evdə qalın".