CƏMİYYƏT


Sərt karantin dövründə Bakıda 80-dən artıq stasionar post və yeni yoxlama məntəqələri təşkil edilib

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisinin əməkdaşları şəhər ərazisində gücləndirilmiş iş rejimində xidmətlərini davam etdiriblər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın inzibati ərazisi, küçə və prospektləri, eləcədə avtomobil yolları yol polisi tərəfindən tam nəzarətə götürülüb. Bunun üçün 80-dən artıq stasionar post və yeni yoxlama məntəqələri təşkil edilib.