CƏMİYYƏT


İt saxlayan vətəndaşlar sərt karantin günlərində onları gəzdirə bilərlər

Sərt karantin günlərində insanlar itləri gəzdirməkdə azaddırlar, bununla bağlı məhdudiyyət yoxdur. Amma insanlar bundan sui-istifadə etməməlidirlər.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.