CƏMİYYƏT


Koronavirusa inanmamaqla yaxınlarımızı risk qarşısında qoya bilərik

Ölkədə virusa inanmayanlar da var. Bu istqamətdə maarifləndirici tədbirlər görülməlidir ki, insanlar ona inansınlar. İnanmamaqla özümüzü və yaxınlarımızı risk qarşısında qoya bilərik.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.