CƏMİYYƏT


Həyətində narkotik becərən Quba sakini saxlanılıb

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının gecə saatlarında keçirdikləri əməliyyat tədbiri ilə rayon sakini Fariz Babaxanov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 21 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.