CƏMİYYƏT


Qubada yarğana düşmüş inək balası xilas edilib

Qubanın Qam-qam kəndində Azad Hüseynova məxsus 6 aylıq inək balası yarğana düşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba Rayon Yanğından Mühafizə Xidmətinin Qəza Xilasetmə Dəstəsinin xüsusi briqadası gəlib.
Altı aylıq inək balası yarğandan kənd camaatının köməkliyi ilə çıxarılaraq, sahibinə təhvil verilib.