CƏMİYYƏT


“ASAN xidmət” iki gün işləməyəcək

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən iyunun 14-də saat 00:00-dan iyunun 16-da saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar bəzi “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılacaq.
Qərara əsasən iyunun 14-də Bakı şəhərindəki bütün “ASAN xidmət” və “ASAN Kommunal”, o cümlədən Sumqayıt, Gəncə və Kürdəmir regional “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərməyəcək. İyunun 15-də isə Milli Qurtuluş Günü ilə əlaqədar bütün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır