CƏMİYYƏT


Bakı-Sumqayıt elektrik qatarları iki gün hərəkətdə olmayacaq

“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, iyunun 14-15-də Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarlarının hərəkəti dayandırılacaq. İyunun 16-dan cari qrafik əsasında Abşeron Dairəvi dəmir yolu xətti üzrə qatarların hərəkəti bərpa ediləcək.