Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda koronavirusa daha 352 nəfər yoluxub

11.06.2020 [17:02]

Azərbaycanda koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 6 nəfər isə dünyasını dəyişib.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.