Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

AZAL: Təyyarədə sərnişində COVİD əlaməti aşkar edilərsə, o təcrid ediləcək

11.06.2020 [17:49]

Uçuş zamanı sərnişinlərdən birində COVID-19 xəstəliyinin əlamətləri müəyyən edildiyi zaman, o, digər sərnişinlərlə təmasın minimuma endirilməsi məqsədilə hava gəmisi salonunun arxa hissəsində təcrid ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev deyib.