CƏMİYYƏT


Bu ilin dörd ayında 912 əkiz, 30 üçəm doğulub

Bu ilin yanvar-aprel aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ilkin məlumatlara əsasən 34 749 doğulan körpə qeydə alınıb. Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Bu il doğulan körpələrdən 912-si əkiz, 30-u isə üçəmlər olub.