CƏMİYYƏT


Xüsusi karantin günləri üçün icazə alan şəxslər bu halda cərimələnə bilərlər - AÇIQLAMA

14-16 iyun tarixlərində xüsusi karantin rejimində yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın icazə verdiyi dövlət və özəl qurumların əməkdaşları icaze.gov.az saytı vasitəsilə icazə ala biləcəklər.
AZƏRTAC xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.