CƏMİYYƏT


Dializ almaq istəyənləri könüllülər nəqliyyat vasitəsi ilə müvafiq tibb müəssisəsinə çatdıracaq

Sərt karantin günlərində dializə getmək üçün 108 Çağrı Mərkəzinə müraciət edilmədidir. Onları könüllülər nəqliyyat vasitəsi ilə müvafiq tibb müəssisəsinə çatdıracaq.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.