CƏMİYYƏT


Karantin rejimində öz itini gəzdirəndən sonra onu qonşuya vermək qadağandır

Sərt karantin rejimində itlərin küçəyə çıxarılması hallarından sui-istifadə edilməməlidir. Karantin günlərində bir nəfərin öz itini gəzdirdikdən sonra başqasına, qonşusuna verməsi qadağandır. Belə hallara ciddi nəzarət olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.