CƏMİYYƏT


Kamran Əliyev: Polisin qanuni tələblərinə məhəl qoymayan şəxslər polis bölməsinə aparıla bilər

Sərt karantin qaydalarını pozan şəxslər inzibati məsuliyyətə cəlb olunurlar.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, polisin qanuni tələblərinə məhəl qoymayan şəxslər polis bölməsinə aparıla bilər.