CƏMİYYƏT


Bakıdan şimal istiqamətində bir neçə kilometrlik tıxac yaranıb

İkigünlük sərt karantin rejimi müddətində Bakıdan çıxmaq istəyənlər şimal istiqamətində bir neçə kilometrlik tıxac yaradıblar. Operativ Qərargahın xəbərdarlığına baxmayaraq, insanlar avtomobillərlə şəhəri tərk edib şimal rayonlarına üz tutublar. İcazəsi olmayanlar səbəbindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən sonra uzun növbə yaranıb.