CƏMİYYƏT


Sərtləşdirilmiş karantin rejimi tətbiq olunduğu İsmayıllıdan görüntülər

Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, bu təhlükəli virusun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə respublikamızın bir sıra şəhər və rayonlarında, o cümlədən İsmayıllıda 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək sərtləşdirilmiş karantin rejimi tətbiq olunub.
AZƏRTAC xəbər verir ki, sərt karantin rejiminin qüvvəyə minməsindən sonra İsmayıllı rayonunda da insanların küçəyə çıxması və nəqliyyatın hərəkəti qadağan edilib.