CƏMİYYƏT


Bu həftə Bakıda cərimələnənlərin sayı azalıb

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə əlaqədar Bakı şəhərində bütün küçə və prospektlər yol polisi tərəfindən tam nəzarətə götürülməklə xidmət təşkil edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, stasionar yoxlama-buraxılma məntəqələrində müvafiq sənədlər yoxlanılmaqla hərəkət iştirakçılarına şərait yaradılır.