CƏMİYYƏT


Kür çayında 2 nəfər batıb

Kür çayının Tovuz rayonundan keçən hissəsində 2 nəfər çayda boğulub. Bir qrup Abulbəyli kənd sakini Kür sahilinə istirahətə gedib və yeyib-içdikdən sonra çaya giriblər. Bu zaman Abulbəyli kənd sakini, 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlu çayda batıb. Abbas İsmayılovun boğulduğunu görən həmkəndlisi 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğlu onu xilas etməyə çalışsa da hər ikisi suda batıblar. Həmin vaxt Namiq Həsənovun az yaşlı oğlu atasının batdıgını görərək suya atılıb və batmaq istəyərkən az yaşlını yaxındakı adamlar xilas edib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Hazırda onların axtarışları aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır