CƏMİYYƏT


Gömrükçülər 108 kiloqram heroin aşkar edib

Gömrükçülərin sayıqlığı nəticəsində İran İslam Respublikası ilə sərhəddə yük avtomobilindən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Azərbaycandan tranzit keçməklə İran İslam Respublikası Astara şəhərindən Ukrayna Respublikasının Kiyev şəhərinə yemiş, pomidor və badımcandan ibarət tərəvəz yükü aparan "Scania" markalı "AT1682CI/AT0023XT" dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və avtomobilə gömrük yoxlaması tədbiq edilib. Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük boşaldılıb. Təkrar yoxlama zamanı xidməti it 11 paletdə qablaşdırılan badımcan yükünə yenidən reaksiya verdiyindən xüsusi texniki nəzarət vasitələri ilə əsaslı yoxlama aparılıb.