CƏMİYYƏT


Ötən ay azadlığa çıxan məhkum marketlərdən birindən 400 manata yaxın pul oğurlayıb

Bakı şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə Pirşağı qəsəbəsində yerləşən marketlərdən birində satıcıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb. Tədbir zamanı əvvəllər məhkum olunmuş İsmayıl Mirzəyev tutulub. Araşdırma zamanı onun həmin marketdəki kassadan 400 manata yaxın pulu açıq talama yolu ilə ələ keçirdiyi məlum olub. Qeyd edək ki, İsmayıl Mirzəyev cəzaçəkmə müəssisəsindən ötən ay azadlığa buraxılıb. Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.