CƏMİYYƏT


Xaçmazda həyətində çətənə kolları becərən şəxs saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları narkotik tərkibli bitkilər becərən Xudat şəhər sakini Rüstəm Fətəliyevi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 31 ədəd çətənə kolları aşkarlanaraq götürülüb.