CƏMİYYƏT


Qusarda meşədə çətənə kolları becərən şəxs saxlanılıb

Qusar Rayon Polis Şöbəsinin (RPŞ) Həzrə Polis Bölməsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, çətənə kollarını becərməkdə şübhəli bilinən rayonun Yasab kənd sakini Nadik Məmmədov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə kəndin yaxınlığında meşəlik əraziyə keçirilən baxış zamanı, oradan N.Məmmədov tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək yetişdirilən 52 ədəd çətənə kolu (kannabis) aşkarlanaraq götürülüb.