CƏMİYYƏT


Azərbaycanda 338 yeni koronavirus faktı aşkarlanıb, 6 nəfər ölüb

Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb evə buraxılıb, 6 nəfər vəfat edib.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, indiyədək 139 nəfər dünyasını dəyişib, virusa yoluxmuş 6192 nəfər xəstə sağalıb, hazırda 4988 aktiv xəstə var.