CƏMİYYƏT


İnfeksiya olduğu halda Bəhram Bağırzadəyə orqan köçürülməsi mümkün deyil

Bəhram Bağırzadə hazırda koronavirusa yoluxduğu üçün ona orqan köçürülməsi mümkün deyil.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov deyib.