CƏMİYYƏT


Tovuzda 9 yaşlı uşaqı maşın vurub

Tovuzda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib. Hadisə Tovuz rayonun Bakı – Qazax magistral yolunun Cəlilli kəndində keçən hissəsində qeydə alınıb. Belə ki yolu qarşı tərəfə keçmək istəyən 2011 – ci il təvəllüdlü Tovuz rayon Cəlilli kənd sakini Quliyev Həsən Xəyyam oglunu avtomobil vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım birqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.