CƏMİYYƏT


BMT baş katibi müraciət etdi

"Dünyada təxminən 80 milyon qadın, uşaq və kişi qaçqın və ya məcburi köçkün vəziyyətinə düşərək, evlərini tərk etmək məcburiyyətində qalıblar. Təkcə ötən il ərzində bu sıralara on milyon insanın qatılması daha şokedici faktdır". Bunu BMT-nin baş katibi Antonio Quterreşin Ümumdünya Qaçqınlar Günü ilə bağlı videomüraciətində deyib.