CƏMİYYƏT


Tovuzda qaz xəttində partlayış baş verib

Tovuzun Xatınlı kəndi ərazisində qaz xəttində partlayış baş verib. Yeni yolun tikintisi ilə məşğul olan şirkətin əməkdaşları qaz xəttində kəsmə-calama işləri aparan zaman anidən xəttə baş verən partlayış nəticəsində rayonun Düz-Cırdaxan kənd sakini 63 yaşlı Məhərrəm Süleymanov və Bakı şəhər sakini 54 yaşlı Sənan Qarayev müxtəlif yanıq xəsarətləri alıb. Xəsarət alan hər iki şəxs Tovuz rayon Xəstəxanasına yerləşdiriliblər. Onlardan Süleyman Məhərrəmovun vəziyyəti ağır olduğu üçün müalicəsini davam etdirmək üçün paytaxt xəstəxanalarından birinə göndəriləcək. Sənan Qarayevin vəziyyəti isə orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır