CƏMİYYƏT


Tovuzda avtomobil qəzası zamanı bir nəfər ölüb

Tovuzda "VAZ-21011" markalı avtomobillə "KaMAZ" markalı yük maşını toqquşub. Rayonun Məşədilər kəndində qeydə alınan hadisə nəticəsində Tovuz rayon sakini, 1974-cü il təvəllüdlü Haqverdi Qurban oğlu Həsənov ölüb, onun oğlu, 2005-ci il təvəllüdlü Murad Haqverdi oğlu Həsənov isə xəsarət alıb. Yarali xəstaxanaya yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır